Bakı sənayesinin istehsal həcmi açıqlanıb

Bakı sənayesinin istehsal həcmi açıqlanıb
# 04 may 2022 19:02 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakı sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 17,7 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 84,8%-i mədənçıxarma, 12,9%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 90,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4% təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2022-ci il vəziyyətinə 519,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 80,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR