BP Azərbaycanda iki enerji platformasını təmirə bağlayacaq

BP Azərbaycanda iki enerji platformasını təmirə bağlayacaq
# 17 fevral 2022 10:11 (UTC +04:00)

"BP-Azerbaijan" şirkəti 2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağındakı bir qaz platformasını və "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda bir neft platformasını planlı təmir üçün bağlayacaq.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

BP tərəfindən təmir üzrə planlı vaxt qrafiki təqdim edilməyib.

Qeyd edək ki, ötən il AÇG-də 23 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54% azdır. AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.

"Şahdəniz"ə gəldikdə, 2021-ci ildə sözügedən yataqda 23 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 27,1% çoxdur. "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR