Fransa qazın qiymətinin endirilməsi istiqamətində çalışacaq  

Fransa qazın qiymətinin endirilməsi istiqamətində çalışacaq  
# 26 sentyabr 2022 16:43 (UTC +04:00)

Fransa qazın qiymətini onun hasilatının maya dəyərinə yaxın səviyyədə müəyyən etmək üçün Avropa Komissiyası və bir sıra üçüncü ölkələrlə işləyir.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi ölkənin enerji dəyişiklikləri naziri Anyes Panye-Ryunaşe bildirib.

"Biz Avropa Komissiyası və bir sıra üçüncü ölkələrlə işləyirik, qazın hasilatının real maya dəyərinə yaxın qiymətə olması üçün imkanlar axtarırıq. Bizim əsas tədarükçülərdə hazırda bu qiymət qaz hasilatının maya dəyərindən “qoparılıb””, - nazir qeyd edib.

Qərb ölkələri Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq üçün müxtəlif tədbirləri müzakirə etməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR