Neft 380 dollaradək bahalaşa bilər - PROQNOZ

Neft 380 dollaradək bahalaşa bilər  - PROQNOZ
# 04 iyul 2022 16:00 (UTC +04:00)

ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar Rusiyanı cavab tədbirləri ilə neft hasilatını azaltmağa məcbur edərsə, dünya neft qiymətləri 380 dollara çata bilər.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters” ABŞ-ın maliyyə holdinqi olan "JPMorgan Chase & Co." analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, G7 liderləri Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaqla bağlı kompleks mexanizmi müzakirə edirlər. Bununla belə, Rusiyanın büdcə sisteminin sabitliyini nəzərə alsaq, Moskva gündəlik neft hasilatını iqtisadiyyata ciddi zərər vurmadan 5 mln. barrel azaltmağa qadirdir.

Bununla belə, dünyanın qalan hissəsi üçün Rusiyada hasilatın mümkün azalması fəlakətli nəticələrə səbəb ola bilər. Analitiklərin fikrincə, tədarükün sutkada 3 mln. barrel azaldılması Londonda qiymətləri 190 dollara, ən pis halda isə (5 mln. barrel azalma) qiymətlərin 380 dollaradək çəkə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR