Pərviz Şahbazov: "Bərpa olunan enerji sahəsi üzrə daxil olmuş təkliflər dəyərləndirilir"

Pərviz Şahbazov: "Bərpa olunan enerji sahəsi üzrə daxil olmuş təkliflər dəyərləndirilir"
  • Clock-gray 17:35
  • calendar-gray 28 Oktyabr 2019

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata əsasən, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanaraq, BP şirkəti ilə Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Məlumata əsasən, BP şirkətinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu deyən nazir Pərviz Şahbazov bərpa olunan enerji üzrə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. Baronessa Emma Nikolson isə bərpa olunan enerji sahəsində görülən işlərin cari vəziyyəti barədə maraqlanıb.

Bildirilib ki, hazırda müxtəlif şirkətlərdən daxil olmuş təkliflər dəyərləndirilir. Külək və günəş üzrə nəzərdə tutulan layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı vəziyyət öyrənilir.

Görüşdə qlobal miqyasda davamlı enerji təminatında bərpa olunan enerjinin artan rolu, xərclərin azalması ilə bərpa olunan enerjinin rəqabət qabiliyyətli olması və ekoloji təmiz enerjinin ətraf mühitin qorunmasına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb. 

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date