Qlobal neft tələbatı üzrə artım tempi tezləşəcək - PROQNOZ

Qlobal neft tələbatı üzrə artım tempi tezləşəcək - PROQNOZ
# 08 sentyabr 2022 11:01 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu artırıb.

"APA-Ecocomics" EİA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101,5 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,01 mln. barel çoxdur.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,43 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricidən 0,1 mln. barel çoxdur.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,38 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat pandemiyadan əvvəlki səviyyəni bu il deyil, gələn il ötə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR