Bu ilin birinci yarısında qlobal qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 24 mlrd. kubmetr azalıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə "Qazprom" öz "Telegram” kanalında paylaşım edib.
Qeyd olunur ki, əsas amil Avropa İttifaqında tələbatın 27 mlrd. kubmetr azalması olub.
"2022-ci ilin altı ayı ərzində qlobal qaz istehlakı, ilkin hesablamaya görə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 24 mlrd.kubmetr azalıb. Eyni dövrdə Avropa İttifaqının 27 ölkəsində isə qaz istehlakı ötən illə müqayisədə 27 mlrd. kubmetrə enib”, - paylaşımda bildirilir.