Qusar-Xudat yolu ərazisində yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq

Qusar-Xudat yolu ərazisində yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq
# 20 sentyabr 2019 12:23 (UTC +04:00)

Qusar-Xudat avtomobil yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu işə bu gün səhər saatlarından start verilib. Təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR