Rusiyanın Aİ-yə enerji daşıyıcıları ixracından gəlirləri artıb

Rusiyanın Aİ-yə enerji daşıyıcıları ixracından gəlirləri artıb
# 28 aprel 2022 13:43 (UTC +04:00)

Rusiya Ukraynada müharibənin başlamasından sonra Avropa İttifaqına (Aİ) ənənəvi enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirləri iki dəfə artırıb.

APA-nın “Guardian”a istinadən xəbərinə görə, buna səbəb idxal həcminin azalmasına baxmayaraq müharibənin fonunda artan qiymətləridir.

Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin məlumatına görə, son iki ay ərzində Rusiya neft, qaz və kömür ixracından ümumilikdə 62 mlrd. avro əldə edib, bunun 44 mlrd. avrosu Aİ-nin payına düşüb. 2021-ci il isə Rusiyanın Aİ-yə ənənəvi enerji daşıyıcılarının ümumi ixracı 140 mlrd. avro olub ki, bu da orta hesabla aya 12 mlrd. təşkil edib.

Qeyd olunub ki, Rusiyadan idxalın sanksiyalar səbəbindən azalması qlobal bazarda qiymət artımına səbəb olub və bundan da Rusiya yararlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR