Rusiyanın qaz ehtiyatları azalıb, neft isə cüzi artıb

Rusiyanın qaz ehtiyatları azalıb, neft isə cüzi artıb
# 19 sentyabr 2022 14:41 (UTC +04:00)

Rusiyanın 2021-ci ildə kəşf edilmiş təbii qaz ehtiyatları 2020-ci illə müqayisədə 6,32% azalaraq 44,5 trln. kubmetrə enib.

APA-Economics”in Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin nəticələrinə əsasən ölkənin neft ehtiyatları 0,11% artaraq 19,03 mlrd. ton təşkil edib.

Qeyd olunub ki, ötən il Rusiyanın kömür ehtiyatları 0,11% azalaraq 274,8 mln. tona enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR