Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağa hazırlaşır.
APA xəbər verir ki, bu barədə Yunanıstanın Türkiyədəki səfirliyi “Twitter”də paylaşım edib.
Səfirlik həmçinin, Bolqarıstan və Yunanıstan arasında qaz axının iyulun 1-dən fəaliyyətə başlayacağını qeyd edib.
“Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz almağa hazırlaşır. Bu həcm yay aylarında ölkənin tələbatını ödəməyə kifayət edəcək. Qiymətlərin Rusiyadan daha aşağı olacağını gözləyirik”, - paylaşımda deyilir.