“Şimal axını” ilə Avropaya qazın nəqli tam dayandırılıb

“Şimal axını” ilə Avropaya qazın nəqli tam dayandırılıb
# 27 sentyabr 2022 11:24 (UTC +04:00)

“Şimal axını” (“Nord Stream-1” – , Rusiya qazını Avropaya nəql edən əsas marşrut – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb.

Bu barədə “APA-Economics” “TASS”a istinadən xəbər verir.

"Qazprom"un məlumatına görə, sonuncu texniki yoxlama onu göstərib ki, fəaliyyətdə olan axırıncı qazvuran qurğunun texniki servisi zamanı qağ sızması aşkar olunub ki, bu nasazlıq həll olunmayana qədər şirkət kəmər ilə qazın nəqlini tam dayandırmaq məcburiyyətində olub.

Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR