“Urals” nefti iyunda 22%-dək bahalaşıb

“Urals” nefti iyunda 22%-dək bahalaşıb
# 01 iyul 2022 14:39 (UTC +04:00)

Bu ilin iyun ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 87,25 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin iyun göstəricisi (71,4 dollar) ilə müqayisədə 22,2 % çoxdur.

APA-Economics”in Rusiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin may ayı (78,81 dollar) ilə müqayisədə iyunda “Urals”ın qiyməti 10,7% artıb

Qeyd olunur ki, 2022-ci ilin yanvar-iyun aylarında “Urals” neftinin orta qiyməti 84,09 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 63,35 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR