Vahid Ələkbərov: "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır" - EKSKLÜZİV

Vahid Ələkbərov: "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır"  - EKSKLÜZİV
# 06 iyun 2019 14:31 (UTC +04:00)

"LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır".

Bunu APA-nın Rusiya bürosuna müsahibəsində LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: “Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.

LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: “Biz hazırda SOCAR-la “Ümid və “Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”.

V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: “Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL “SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR