Paşha Bank
Bank Of Baku

Yaponiyalı alim: Azərbaycanla münasibətlər böyük əhəmiyyət daşıyır - FOTO

Yaponiyalı alim: Azərbaycanla münasibətlər böyük əhəmiyyət daşıyır - FOTO
# 03 noyabr 2026 09:54 (UTC +04:00)

Azərbaycan və Yaponiya arasında münasibətlər daha da inkişaf etməlidir.

APA xəbər verir ki, bunu Azərbaycana səfəri çərçivəsində Yaponiyanın Hitotsubaşi Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Maiko İşçihara jurnalistlərə açıqlamasında deyib.

O, hazırda Qafqaz regionunun mövcud geosiyasi mənzərə baxımından olduqca böyük əhəmiyyət daşıdığını, Azərbaycanın da bu baxımdan vacib ölkələrdən biri olduğunu vurğulayıb.

“Azərbaycanın neft ehtiyatları var və bu, ona digər dövlətlərə təsir göstərmək üçün müəyyən imkanlar verir. Azərbaycan elə bir strateji coğrafi mövqedə yerləşir ki, hazırda burada bir sıra münaqişələr baş verir. Xüsusilə, ABŞ və İran arasında davam edən müharibə bütün dünya üçün narahatlıq doğuran məsələlərdən biridir. Çünki bu münaqişə hər bir ölkənin iqtisadiyyatına mənfi təsir göstərir.

Hesab edirəm ki, Azərbaycan həm diplomatik sahədə mühüm rol oynaya bilər, həm də enerji resurslarından istifadə etməklə digər ölkələrə təsir imkanlarını nəzərdən keçirmək olar”, - professor qeyd edib.

O, iki ölkə arasında əməkdaşlığın daha geniş miqyasda inkişaf etməli olduğuna diqqət çəkib.

"Azərbaycan kimi mühüm ölkələrə diqqət yetirilməli və onların fəaliyyəti daha geniş işıqlandırılmalıdır. Azərbaycan-Yaponiya münasibətləri də bu baxımdan böyük əhəmiyyət daşıyır”, - Maiko İşçihara vurğulayıb.

Qeyd edək ki, Bakıda “Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta gücə malik dövlətlərin rolu” mövzusunda mühazirə dinlənilib. Mühazirə Yaponiyanın Hitotsubaşi universitetinin beynəlxalq münasibətlər üzrə professoru Maiko İçihara tərəfindən keçirilib.

Prafessor süni intellekt texnologiyalarının, xüsusilə də çatbotların insanların davranış və düşüncələrinə təsir imkanlarının gələcəkdə ciddi risklər yarada biləcəyini bildirib. İşçiharanın sözlərinə görə, süni intellekt əsaslı çatbotların təqdim etdiyi məlumatlar və formalaşdırdığı məzmun insanların düşüncələrinə, qərarlarına və davranışlarına təsir göstərə bilər.

Professor orta güc ölkələri kimi Azərbaycan və Yaponiyanın sadalanan sahələrdə ikitərəfli əməkdaşlığının faydalı ola biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR