Bakıda "Caspian Agro 2019" sərgisi işə başlayıb

Bakıda "Caspian Agro 2019" sərgisi işə başlayıb
  • Clock-gray 10:27
  • calendar-gray 15 May 2019

Bu gün Bakı Ekspo Mərkəzində XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb.

APA-nın məlumatına görə, sərgi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən il ilə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edir.

Sərgi 15-17 may tarixlərini əhatə edir ki, sözügedən tədbir çərçivəsində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”), Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi (“Ipack Caspian”) və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi (“HOREX Caucasus”) də təşkil olunacaq.

Sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən iştirakçılar ilə distributor və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər keçiriləcək, habelə mehmanxana, restoran və super-marketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və, qənnadı avadanlıqları nümayiş olunur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date