Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir
# 17 mart 2023 17:11 (UTC +04:00)

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən hazırda Böyük Qafqazın Qəbələ və Qusar rayonlarının, Kiçik Qafqazın Göygöl və Laçın rayonlarının ərazisindən keçən çayların hövzəsində qarölçmə işləri davam edir.

APA-nın xəbərinə görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Quba rayonlarının ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa və Xocavənd rayonlarında, o cümlədən Naxçıvan MR ərazisində isə qarölçmə işləri artıq başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR