Ordu Günü ilə əlaqədar Azərbaycan paytaxtındakı bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Ordu Günü ilə əlaqədar Azərbaycan paytaxtındakı bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 23 iyun 2008 10:11 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən bildirilib. Təlim məşqi ilə əlaqədar olaraq, iyunun 24-də saat 19.00-dan 22.00-dək Azadlıq meydanı, Zərifə Əliyeva prospekti, Neftçilər prospekti və Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. İyunun 26-da isə saat 06.00-dan 14.00-dək Azadlıq meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, A. Cəlilov küçəsi, Üzeyir Hacıbəyov, Zərifə Əliyevə prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq və Xaqani küçəsi, Gövhər xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti, Azneft dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi, Bakı-Astara yolunun 14-cü km-dək bağlanacaq, Azadlıq meydanı və Sahil parkı istiqamətlərinə bütün növ nəqliyyat buraxılmayacaq. Bütün əhali və sürücülərdən, qeyd olunan ərazidə yaşayan sakinlərdən xahiş olunur ki, həmin günlərdə metro və ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR