Magistraturaya sənəd qəbulu yekunlaşıb

Magistraturaya sənəd qəbulu yekunlaşıb
# 20 aprel 2009 15:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulunu yekunlaşdırıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəd qəbulu aprelin 13-dən başlayıb. İndiyədək 15134 nəfər bakalavr ərizəsini təsdiqlədib. Qəbul imtahanı iki mərhələdə keçiriləcək. Mayın 3-də keçirilməsi planlaşdırılan birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Bu il ilk dəfə olaraq bakalavrlara informatika ilə bağlı da suallar təqdim ediləcək. İmtahanın ilk mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20, informatika üzrə 10, xarici dildən 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.

İmtahanın ikinci mərhələsinin iyunun 21-də keçirilməsi nəzərdə tutulur. Amma iştirakçıların sayından asılı olaraq bu tarix dəyişdirilə də bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR