Birinci yarımillikdə Azərbaycanda 36 565 yeni iş yeri açılıb

Birinci yarımillikdə Azərbaycanda 36 565 yeni iş yeri açılıb
# 20 avqust 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 36 565 yeni, o cümlədən 27 887 daimi iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, həmin dövr ərzində yeni açılmış daimi iş yerlərinin 13,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 15,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70,6%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yaradılmış yeni iş yerlərinin 71,1%-i regionlarda, əsasən 17,8%-i Aran, 13,3%-i Gəncə-Qazax, 7,7%-i Quba-Xaçmaz, 7,2%-i Abşeron, 6,7%-i Lənkəran, 6,8%-i Naxçıvan, 6,3%-i Şəki-Zaqatala iqtisadi rayonlarında açılıb.

Qeyd edək ki, cari ilin birinci yarısında yeni iş yerlərinin 94%-i qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorlarında yaradılmış daimi iş yerlərinin 5,6%-i tikinti, 4,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,8%-i emal sənayesi, 1,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i nəqliyyat və anbar təsərrüfatı, 1,3%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi və digər sahələr üzrə açılıb.

2009-cu ilin yanvar-iyun ayları ərzində
yeni açılmış daimi iş yerləri (faizlə)




Yeni yaradılmış müəssisə və təşkilatlarda

Mövcud müəssisə və təşkilatlarda

Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

Fiziki şəxslərdə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR