Bakıda Azərbaycan Uşaqlarının birinci forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan Uşaqlarının birinci forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2009 08:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə 2009-cu il “Uşaq İli” çərçivəsində Azərbaycan Uşaqlarının birinci forumu başlayıb. APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın foruma təbrik məktubu oxunub. Məktubda bildirilib ki, uşaqlar cəmiyyətin ən zərif hissələridir, hazırda Azərbaycanda uşaqların sağlam mühitdə, yüksək təhsil şəraitində böyüməsi üçün hər cür imkan yaradılır. Müraciətdə o da qeyd olunub ki, Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan olunmasında məqsəd hər bir uşağa öz istedad və potensialını tam şəkildə reallaşdırma imkanı yaratmaq olub.

Baş nazirin müavini Elçin Əfəndiyev çıxışında bildirib ki, indiyə kimi Azərbaycan hökuməti uşaqlarla bağlı BMT-nin müvafiq komitəsinə 4 dövrü hesabat təqdim edib. Baş nazirin müavini deyib ki, uşaq problemlərinin həlli ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir: “Heydər Əliyev Fondu tərəfindən uşaqların təhsil və tibb xidmətlərinin daha yüksək şəraitdə təşkil olunması üçün mühüm layihələr həyata keçirilir. Hazırda Azərbaycanda uşaq ölümü hallarının azaldılması, məktəbəqədər yaşlı uşaqlar üçün daha intellektual mühitin yaradılması prioritetlərdəndir”.

E. Əfəndiyev onu da deyib ki, Azərbaycanda uşaq problemlərinin həllinə yönələn 30-dan çox dövlət proqramı həyata keçirilir.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə deyib ki, Azərbaycan Konstitusiyası və “Uşaq hüquqları haqqında” qanun da daxil olmaqla parlament tərəfindən qəbul olunan 70-ə yaxın qanun bilavasitə və ya dolayısı ilə ölkədə uşaq hüquqlarını qoruyur. Onun sözlərinə görə, indiyə kimi Milli Məclis tərəfindən uşaq hüquqları ilə bağlı 15-dək beynəlxalq konvensiya ratifikasiya olunub.

Qeyd edək ki, tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın forum iştirakçıları tərəfindən təltif olunduğu “Qızıl ürək” mükafatının təqdimatı olacaq.

Forum sabah başa çatacaq.

Tədbirin sonunda forum iştirakçılarının prezident İlham Əliyevə müraciəti və yekun bəyannamə qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR