Ötən il Azərbaycanda məşğulluq orqanları tərəfindən işlə təmin olunanların sayı 11% artıb

Ötən il Azərbaycanda məşğulluq orqanları tərəfindən işlə təmin olunanların sayı 11% artıb
# 23 yanvar 2007 14:17 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanın məşğulluq orqanları tərəfindən 35 918 nəfər işlə təmin olunub. İşlə təmin olunanların sayı 2005-ci illə müqayisədə 11% artıb. Bu barədə yanvarın 22-də hökumətin 2006-cı ilin yekunlarına dair toplantısında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
Nazir ötən il əlillik statusu alanların sayının azaldığını qeyd edib: “Əlillərin sayı 2005-ci ildə 19 988 nəfər artdığı halda, 2006-cı ildə bu göstərici 2 dəfə aşağı düşüb. Ötən il 2005-ci illə müqayisədə 63% çox, 9 467 əlil tam, 6 800 əlil isə hissəvi reablitasiya olunub”.
F.Ələkbərov həmçinin vurğulayıb ki, bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin ailələri üçün 29 yaşayış binası, 194 fərdi ev olmaqla ümumilikdə 1 118 mənzil, o cümlədən ötən il 302 mənzil tikilərək istifadəyə verilib. Bu il isə daha 450 ailənin yeni mənzillə təmin edilməsi nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR