Ünvanlı sosial yardım alan ailələrin müavinətlərinə edilən artım bu ayın sonundan veriləcək

Ünvanlı sosial yardım alan ailələrin müavinətlərinə edilən artım bu ayın sonundan veriləcək
# 07 mart 2007 11:16 (UTC +04:00)
Nazirlər Kabinetinin 1 mart 2007-ci il tarixli qərarına əsasən ünvanlı sosial yardım alan ailələrin müavinətlərinə artırılan 5 manat bu ayın sonundan etibarən veriləcək. Bu barədə APA-nın qərb bürosuna Kəpəz rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rauf Şəfiyev məlumat verib. Onun sözlərinə görə, həmin rayon üzrə hazırda 1088 nəfər ailə müavinət almaq üçün qeydiyyatdadır. Ötən il isə 1031 ailə ünvanlı sosial yardım alıb. Nizami rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən APA-ya verilən məlumata görə, bu rayonda ötən il 891 ailə sosial yardım alıb. Hazırda isə bu ailələrin sayı 720-yə enib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR