95 yaşlı müharibə əlili daxili işlər nazirinin müavini Vilayət Eyvazova təşəkkür məktubu göndərib

95 yaşlı müharibə əlili daxili işlər nazirinin müavini Vilayət Eyvazova təşəkkür məktubu göndərib
# 01 noyabr 2007 15:36 (UTC +04:00)
“Mən Böyük Vətən Müharibəsinin ağrı-acısını yaşamış insanam, müharibədə əlil olmuşam. Bu yaxınlarda gözlənilmədən mənzilimdən ev əşyaları oğurlandı, dərhal rayon polisinə müraciət etdim. Az vaxtda günahkar şəxs müəyyənləşdirilərək tutuldu, ev əşyalarım tam şəkildə özümə qaytarıldı”. Bunları APA-ya II Dünya Müharibəsi əlili, Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 95 yaşlı Məmməd Qasımov deyib. M.Qasımov bununla bağlı daxili işlər nazirinin müavini Vilayət Eyvazova məktub göndərib. O, evini qarət edən şəxslərin qısa zamanda tapılmasına görə nazir müavininə təşəkkürünü bildirib: “Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm. Sağ olsun ki, rəhbərlik etdiyi qurumun işinə bu cür nəzarət edir və düzgün istiqamətləndirir. Eyni zamanda Cəlilabad Rayon Polis Şöbəsinin kollektivinə də təşəkkür edirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR