Şəkidə “Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirilib

Şəkidə “Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirilib
# 07 noyabr 2007 15:44 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində “Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirilib. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd narkomanlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdir. Tədbirdə çıxış edən natiqlər gənclərin bu istiqamətdə maarifləndirilməsi, bununla da narkomanlığın qarşının alınması istiqamətində məruzələr ediblər. Tədbirdə eyni zamanda, narkomanlığın qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi müzakirə olunub. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR