İctimai Komitənin üzvləri Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində monitorinq keçiriblər

İctimai Komitənin üzvləri Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində monitorinq keçiriblər
# 13 iyun 2008 15:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin üzvləri bu gün nazirliyin Müalicə Müəssisəsində monitorinq keçiriblər. Komitənin koordinatoru Sahib Məmmədov APA-ya bildirib ki, hazırda müəssisədə 420 məhkum müalicə olunur. Monitorinq zamanı komitə üzvlərinin ötən dəfə problemlərin həlli ilə bağlı irəli sürdükləri təkliflərin yerinə yetirilməsi vəziyyəti yoxlanılıb və məlum olub ki, problemlər artıq aradan qaldırılıb. S. Məmmədov hazırda müəssisədə təmir işlərinin aparıldığını deyib. O, müəssisədə ömürlük məhkumlar üçün cəmi 12 nəfərlik kameranın mövcud olduğunu bildirib: “Komitə üzvləri hesab edirlər ki, Qobustan həbsxanasında peşəkar həkimlərin sayını artırmaqla ömürlük məhkumların, əsasən orada müalicə olunmalarını təmin etmək mümkündür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR