Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 14 may 2023-cü il tarixində keçirilən imtahanlarda iştirakı nəzərdə tutulan 14337 nəfərdən 1370 nəfər imtahana gəlməyib.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.