17 adda bioloji qida əlavəsində uyğunsuzluq aşkarlanıb

17 adda bioloji qida əlavəsində uyğunsuzluq aşkarlanıb
# 27 sentyabr 2022 15:27 (UTC +04:00)

01-22.09.2022-ci tarixlərində Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi həyata keçirilib.

Analitik Ekspertiza Mərkəzindən APA-ya verilən xəbərə görə, dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb.

Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR