3 nömrəli Uşaq evinin qalmaqallı direktoru işdən çıxarılıb

Məhbubə Hüseynova

© APA | Məhbubə Hüseynova

# 13 aprel 2023 10:51 (UTC +04:00)

Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.

Qeyd edək ki, buna qədər 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova olub. Uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev bir müddət əvvəl video paylaşaraq ora gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Bu video qalmaqala səbəb olub. Məhbubə Hüseynova bu iddiaları təkzib edib, Məhəmməd Hacıyev haqqında müxtəlif açıqlamalar verib, onun psixoloji problemləri olduğunu deyib. Bundan sonra Məhəmməd Hacıyev Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Məhəmmədin Psixiatriya Xəstəxanasına yerləşdirilməsi isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir neçə gün sonra Məhəmməd xəstəxanadan çıxarılaraq qardaşının himayəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR