“Abituriyent” jurnalının 7-ci nömrəsi nəşr edilib

“Abituriyent” jurnalının 7-ci nömrəsi nəşr edilib
# 02 sentyabr 2022 10:10 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən APA-ya verilən xəbərə görə, bu nömrədə 2022/2023-cü tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında) sentyabrın 2-si saat 12:00-dan etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR