Ağdamda, Kəlbəcərdə, Cəbrayılda seysmoloji stansiyalar quraşdırılacaq

Ağdamda, Kəlbəcərdə, Cəbrayılda seysmoloji stansiyalar quraşdırılacaq
# 10 mart 2023 11:19 (UTC +04:00)

Hazırda ölkəmizdə 84 seysmoloji stansiya var, onlardan 22-si beynəlxalq qrantlar hesabına qurulub.

APA xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadə bildirib. Onun sözlərinə görə, Şuşada da seysmoloji stansiya qurulub:

“Eyni zamanda, Ağdamda, Kəlbəcərdə, Cəbrayılda bu stansiyaların qurulması planlaşdırılır”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə qeyd edib ki, Qarabağda 10 stansiya quraşdırılmalıdır:

"Azad olunmuş ərazilərə əhali köçdükcə, tədricən bu da həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR