Amerikalı səyyah: "Xudafərin körpüsünün yerləşdiyi coğrafiya möhtəşəmdir"

Kristian Vayser

© APA | Kristian Vayser

# 06 fevral 2023 15:36 (UTC +04:00)

"Minatəmizləyənlər çox cəsurdular".

APA xəbər verir ki, bunu Cəbrayıl rayonuna, Xudafərin körpüsünə səfər edən britaniyalı səyyar Des Vayt jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, bölgədə infrastruktur işləri sürətlə davam edir: “Xudafərin körpüsü çox möhtəşəmdir. Digər tərəfdə İranın olması da maraqlıdır. Biz buradan ərazilərin minalardan təmizlənmə işlərinin də şahidi olduq. Təmizlənmə sürətlə davam edir. Onlar çox cəsurdular.”

Amerika Birləşmiş Ştatlarından olan səyyah Kristian Vayser isə Cəbrayılda olduğuna görə özünü xoşbəxt sayıb və əlavə edib ki, Xudafərin körpüsünün yerləşdiyi coğrafiya çox möhtəşəmdir: “Mənim Azərbaycana ikinci səfərimdir, amma Bakı olmuşam. Bura ilk dəfədir ki, gəlirəm. Bu yerlər həqiqətən də çox gözəldir. Dağların əhatəsində olmaq möhtəşəm hissdir. Hər yerdə yenidənqurma işləri gedir. Burada olduğum üçün xoşbəxtəm”.

Kristian Vayser onu da bildirib ki, sakinlərin bura yenidən qayıda bilməsi üçün vəsaitlər xərclənir, yollar çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR