ANAMA rəhbəri: Bu il Ağdamda 9200 hektara yaxın ərazi minalardan təmizlənəcək

Vüqar Süleymanov

© APA | Vüqar Süleymanov

# 28 yanvar 2022 17:21 (UTC +04:00)

"Uzunluğu 26,3 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin artıq 10 kilometr ərazisi minalardan təmizləyib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. Onun sözlərinə görə, yolun 6 kilometrlik hissəsi artıq təhvil verilib, 4 kilometrlik məsafə isə gələn həftə təhvil veriləcək. Qeyd olunub ki, bu, keçmiş təmas xətti keçən ərazidir: “Burada minalar və partlamamış hərbi sursatlar var, çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda biz burda ancaq əllə təmizləmə işləri aparırıq. Burada nə itlərdən, nə də mexaniki təmizləmə üsullarından istifadə etmək olur.

V.Süleymanov bildirib ki, bu il ərzində planlaşdırılan işlərə görə Ağdam rayon ərazisində 9200 hektara yaxın ərazi minalardan təmizlənəcək: “Burada müxtəlif layihələr icra olunur. Bərdə-Ağdam avtomobil yolu layihəsi üzrə ərazi artıq minadan təmizlənib. Ağdam - Xındırıstan elektrik layihəsi, Ağdam-1, Ağdam-2 yarımstansiyalarını birləşdirən elektrik xətlərinin çəkildiyi ərazilər də təmizlənib tam təhvil verilib. Ümumiyyətlə, keçən il ərzində Minatımizləmə Agentliyi 59 layihənin icrasına başlayıb. 59 layihədən 48 layihə tamamlanıb sifarişçilərə təhvil verilib".

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR