Azad edilmiş ərazilərdə balıqçılığın inkişaf etdirilməsi üçün tədqiqatlara başlanılıb

balıq

© APA | balıq

# 24 yanvar 2022 11:08 (UTC +04:00)

AMEA-nın Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək üçün tədqiqatlara başlanılıb.

APA-nın məlumatına görə, bunu Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov deyib. O bildirib ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatının azalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR