Azərbaycanda 51 bağça direktoru işdən çıxarılıb

Azərbaycanda 51 bağça direktoru işdən çıxarılıb
# 27 iyul 2022 13:00 (UTC +04:00)

“Bağçalarla bağlı proses bütün bölgələri əhatə edir. Monitorinqlər heç vaxt bitməyəcək”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, bu, dövri prosesdir: “Monitorinqlərin nəticəsinə uyğun olaraq 51 nəfər bağça direktoru artıq işdən azad olunub. Bizim müəyyən mənada bir neçə yüz adama da töhmət, xəbərdarlıq vermişik. Problemlər çoxdur, amma həlli mümkün olmayan problem də yoxdur.

Növbəti illərdə bizi gözləyən ciddi problem heyətin peşəkarlıq səviyyəsidir. Digər inzibati işlərə qəbul zamanı yol verilən nöqsanlar da aradan qaldırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR