Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 07 fevral 2023 20:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 298 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, üç və daha çox doza vaksin vurduranların sayı 68, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 944 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 808, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 433, üç və daha çox doza vaksin vurduranların sayı 3 398 575, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265350 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR