Azərbaycanda qanunsuz miqrantların sayı azalıb

Vüsal Hüseynov

© APA | Vüsal Hüseynov

# 18 yanvar 2022 11:52 (UTC +04:00)

“Ötən il qanunsuz miqrasiyaya qarşı qəbul edilmiş qərarların sayı 9074 olub”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, 2020-ci illə müqayisədə 24 faiz artım deməkdir: "2020-ci ildə bu rəqəm 7317 olub. Ötən il ərzində 150 nəfər qanunsuz miqrant miqrantların saxlama mərkəzlərinə yerləşdirilib. Həmin miqrantlar arasında koronavirusa yoluxma qeydə alınmayıb. 2020-ci illə müqayisədə bu rəqəm 2,2 faiz azalıb (332)".

Xidmət rəisi deyib ki, ölkədə qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı 78-dir, bu isə 2020-ci ildəki rəqəmlə eynidir: "Ölkədə qaçqın statusu ilə yaşayanların 26 nəfəri Əfqanıstan, 43 nəfəri İran, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasından olan şəxslərdir. Ölkədə qaçqın və sığınacaq axtaran şəxslərin sayı 35 olub. Bu rəqəmdə əvvəlki illə müqayisədə 8,7 dəfə azalma olub. 2020-ci ildə bu rəqəm 305 nəfər idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR