“Azərkontrakt” ASC-nin idarəetmə xərcləri yeni qaydada müəyyənləşəcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 27 dekabr 2021 19:35 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, Azərbaycanda daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (“Azərkontrakt” ASC) həvalə edilib.
Qərara əsasən isə müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldiləcək.
“Azərkontrakt” ASC-yə tapşırılıb ki, ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etməlidir.
Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədilə belə bir qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR