Bank Of Baku

Bakı-Qazax şosesində qəza olub, ölən və yaralananlar var

Bakı-Qazax şosesində qəza olub, ölən və yaralananlar var
# 19 oktyabr 2022 01:42 (UTC +04:00)

Ələt qəsəbəsi ərazisində yol qəzası zamanı ata ölüb, 4 övladı ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, İmamqulu Vəliyev idarəetməsində olan minik avtomobilini maneəyə çırparaq aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobilin sərnişinləri Vəliyev Ayxan İmamqulu oğlu, Vəliyev Yusif İmamqulu oğlu, Vəliyev Ömər İmamqulu oğlu və Vəliyeva Aysel İmamqulu qızı müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar sürücünün övladlarıdır.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR