Bakıda I sinfə qəbulla bağlı 44 minə yaxın müraciət edilib

Bakıda I sinfə qəbulla bağlı 44 minə yaxın müraciət edilib
# 22 iyul 2022 13:02 (UTC +04:00)

İyulun 22-nə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7 004 elektron müraciət daxil olub. Müraciətlərdən 1 349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1 358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 4 297-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR