Bakıda restoranın lifti qırılıb, 2 nəfər xəsarət alıb

Bakıda restoranın lifti qırılıb, 2 nəfər xəsarət alıb
# 05 aprel 2022 17:47 (UTC +04:00)

Bakıda yerləşən restoranlardan birinin lifti qırılıb.

APA xəbər verir ki, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov xəsarət alıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Səbail rayonu ərazisindəki restoranlardan birindən 2 nəfərin xəsarət alması ilə bağlı çağırış olub.

Müxtəlif travmalarla hər iki şəxs Təcili Yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, xəsarət alan şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR