Baş nazir: Xərclərin 67%-nin sosialyönümlü olması Prezidentin qiymət artımının yaratdığı narahatlıqlara həssas yanaşdığını göstərir

Əli Əsədov

© APA | Əli Əsədov

# 09 dekabr 2022 12:26 (UTC +04:00)

“Növbəti ilin dövlət büdcəsində əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsinin cari xərclərinin 67 faizi (15,2 mlrd. manat) məhz sosialyönlü xərclərdir: "Bütün bunlar Prezidentin qiymət artımı məsələlərinə olduqca həssaslıqla yanaşdığını və aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim xüsusi diqqətində olduğunu göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR