Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 20 iyun 2022 14:35 (UTC +04:00)

Bu gündən Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahanların əvvəlcə Bakıda, 22 iyun tarixində İsmayıllıda, 23 iyunda isə Xaçmazda keçirilməsi nəzərdə tutulur. Tovuz və Naxçıvanda keçiriləcək imtahanlar haqqında yaxın günlərdə məlumat veriləcək.

Əvvəlcə, ölkə üzrə məşqçilik komissiyaları (61, 78 və 84-cü komissiyalar), daha sonra isə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları (62, 79 və 85-ci komissiyalar) üzrə imtahanlar keçiriləcək. Bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların 61, 62, 78, 79, 84 və 85-ci komissiyaların hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunacaq. Qiymətlərin şamil edildiyi komissiyalar üzrə artıq nəticələr bəlli olacağına görə həmin komissiyalar üzrə buraxılış vərəqləri verilməyəcək və abituriyentin yenidən imtahanda iştirak etməsinə ehtiyac olmayacaq. Əgər abituriyent təqvimə görə birinci iştirak etdiyi komissiyadan qeyri-məqbul alarsa, onda qeydiyyatdan keçdiyi növbəti komissiyalar üzrə imtahanlarda iştirak üçün buraxılış vərəqəsini çap edə biləcək.

Abituriyentlər imtahana gələrkən mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və sağlamlıq haqqında arayışı (086U formalı) gətirməlidirlər. İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR