Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb
# 17 iyul 2019 17:56 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub.

AQTA-dan APA-ya verilən məlumata görə, qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

Monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.

Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.

Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR