Binəqədidə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO

Binəqədidə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO  - VİDEO
# 23 noyabr 2022 11:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi(FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında SOCAR-ın “Azərneft” İstehsalat Birliyi, “Qaz İxrac” İdarəsi, "Azəriqaz" İstehsalat birliyi həmçinin Bakı Şəhəri və Binəqədi Rayon İcra Hakimiyyəti strukturlarının və “Binagady Oil Company” şirkətinin nümayəndələrinin iştirakı ilə birgə nümunəvi tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Bakı şəhəri, Binəqədi rayonunun ərazisində, Binəqədi-Mehdiabad yolunun yaxınlığında yerləşən “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü sahəsində keçirilib.

Sözügedən ərazinin ümumi sahəsi təxminən 30 hektardır. Ərazidə 4 ədəd separator qurğusu, 5 ədəd neft quyusu, 3 ədəd inzibati bina və müxtəlif təzyiqli qaz kəmərləri mövcuddur. Həmin ərazi sənaye zonası olmaqla, yaşayış evlərinin neft quyularının yaxınlığında yerləşməsi baxımından riskli zona hesab edilir. Ərazidəki qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə, yaxınlıqdakı fərdi evlərin sakinləri tərəfindən bu əraziyə məişət tullantıları, o cümlədən yanar materiallar atılır ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına şərait yaradır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov jurnalistlərə açıqlamasında tədbirin əsas məqsədinin ərazidə yaşayan sakinlər də daxil olmaqla vətəndaşları yanğın təhlükəsizliyi problemlərinin həllində yaxından iştirak etməyə dəvət etmək olduğunu deyib. Rəis müavini yanğın təhlükəsizliyi ilə bağlı bölgələrdə də mütəmadi olaraq bu növ tədbirlər keçirildiyini qeyd edib.

Qeyd olunanları nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti qurumların, kommunal təsərrüfat işçilərinin dəstəyi ilə ərazinin kol-kos və qamışlıqdan, tullantılardan təmizlənməsi, o cümlədən neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin yanğından etibarlı mühafizəsi məqsədilə qabaqlayıcı tədbirlərə start verilib. İşlərə ilkin olaraq neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə başlanılıb. Sonra ərazidən keçən kommunikasiya və elektrik verilişi xətlərinin təhlükəsiz mühafizə zolaqları yaradılıb və ərazi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi tədbirlərini mütəmadi olaraq davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR