Boris Conson Ukrayna parlamentinə müraciət edib

Boris Conson Ukrayna parlamentinə müraciət edib
# 03 may 2022 16:21 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün videobağlantı vasitəsilə Ukrayna parlamentinə müraciət edib. Bununla da Boris Conson Ukraynada münaqişə başlayandan bəri Ali Radada çıxış edən ilk dünya lideri olub.

Baş nazir bildirib ki, tarixin bu mühüm məqamında Ukrayna parlamentinə müraciət etmək onun üçün bir şərəfdir və o, Ukrayna xalqının cəsarətinə görə onları alqışlayıb.

Boris Conson bu müharibənin Ukrayna xalqı üçün ən mühüm an, gələcək nəsillər üçün xatırlanacaq epik fəsil olduğunu qeyd edib. O bildirib ki, səfir Melinda Simmons Britaniya səfirliyini yenidən açmaq üçün Kiyevə qayıdıb.

Boris Conson çxışında Böyük Britaniya hökumətinin 300 milyon funt sterlinq dəyərində yeni dəstək paketini elan edib. Bu dəstəyə şəhərləri bombalayan artilleriyanı təyin etmək üçün radarlar da daxil olmaqla, gecə görmə cihazları, xüsusi mülki müdafiə maşınları daxildir.

Boris Conson qeyd edib ki, Böyük Britaniya suveren və müstəqil Ukraynanı bərpa etmək üçün əlindən gələni edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR