Bu il 6324 şəhid ailəsi üzvünün vəsiqəsi verilib

Bu il 6324 şəhid ailəsi üzvünün vəsiqəsi verilib
# 27 dekabr 2021 15:53 (UTC +04:00)

2020-ci ilin dekabr ayından bu günədək 6471 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb, Sosial Xidmətlər Agentliyinin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən təqdim olunub.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə isə 6324 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanaraq təqdim edilib.

Qeyd oluub ki, şəhid ailəsi üzvlərinin vəsiqə ilə təmin olunması davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR