Bank Of Baku

DMX: 2300-dən çox şəxsin Avropadan Azərbaycana qaytarılması gözlənilir

Dövlət Miqrasiya Xidməti

© APA | Dövlət Miqrasiya Xidməti

# 16 mart 2022 17:20 (UTC +04:00)

"Bu il 56 şəxs Azərbaycana readmissiya olunub".

Bunu APA-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, 2014-cü ildə Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalanandan bu günə kimi 2069 şəxs readmissiya olunub:

"Pandemiya dövründə də readmissiya davam etdirilib, əsasən çarter reysləri ilə olub. 2021-ci ildə 420 nəfər, cari ildə isə 56 şəxs readmissiya olunub. Amma ümumilikdə sorğusuna müsbət cavab verilən 2322 şəxsin də readmissiyası gözlənilir" - Xidmət rəisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR