Bu il sosial islahat zərflərinin əhatə dairəsi açıqlanıb

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 29 dekabr 2021 11:29 (UTC +04:00)

2021-ci ildə sosial islahat zərflərinin əhatə dairəsi açıqlanıb.

APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu il I sosial islahat zərfi 3 milyon nəfəri əhatə edib və maliyyə yükü 1.9 milyard manat olub.

O bildirib ki, II sosial islahat zərfinin əhatə dairəsi 2.1 milyon nəfəri əhatə edib və maliyyə yükü 2 milyard manat təşkil edib: “Hazırda III sosial islahat zərfi həyata keçirilir ki, bunun da əhatə dairəsi 2.1 milyon nəfər, maliyyə yükü 1.5 milyard manat təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR