DƏMX: İşçilərə 497 min manatdan çox sosial ödənişlərin ödənilməsi gecikdirilib

DƏMX: İşçilərə 497 min manatdan çox sosial ödənişlərin ödənilməsi gecikdirilib
# 13 sentyabr 2022 13:32 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 497 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Dövlət Əmək Müfəttişliyindən APA-ya verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

Ödənilən vəsaitin 94,2 faizi əməkhaqqı, qalan hissəsi isə zərərə görə ödənc, sosial müavinətlər və kompensasiyadan ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR